BolgeXeber.Com » Siyasət » "Interpol"un yeni prezidenti müəyyənləşdi

"Interpol"un yeni prezidenti müəyyənləşdi

21-11-2018, 11:41
Oxunub: 2 729 "Interpol"un yeni prezidenti müəyyənləşdi"Interpol"un yeni rəhbəri müəyyənləşib.

Bolgexeber.com BBC-yə istinadən xəbər verir ki, Cənubi Koreyadan olan Kim Conq Yanq təşkilatın yeni prezidentidir. Yeni rəhbər Dubayda təşkilatın 194 üzvünün iştirakı ilə keçirilən illik konqresdə müəyyənləşib.

Kim Conq Yanq səsvermədə əsas favorit rusiyalı Aleksandr Prokopçuku qabaqlayıb.

Qeyd edək ki, "Interpol"un sabiq sədri Menq Honqvey ötən ay Çinə səfəri zamanı yoxa çıxmışdı. Daha sonra polis tərəfindən saxlanıldığı müəyyənləşən prezident istefa verdi.