loading...
XƏBƏR LENTİ
Manatın məzənnəsi
14 yanvar 11:01
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 
Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

Tərtər rayonunda YAP-ın yaradılmasının 26-cı ildönümü qeyd olundu - FOTO

Tərtər rayonunda YAP-ın yaradılmasının 26-cı ildönümü qeyd olundu - FOTOTərtər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Öncə tədbir iştirakçıları rayonun Mərkəzi Meydanında Ulu Öndərin abidəsi önünə tər gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

Bolgexeber.com xəbər verir ki, daha sonra rayon Gənclər Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, ziyalılar və fəal gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov geniş məruzə ilə çıxış edərək Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. YAP-ın olduqca gərgin ictimai-siyasi zamanda yarandığını qeyd edərək ötən dövr ərzində partiyanın Cənubi Qafqazın ən böyük siyasi təşkilatına çevrildiyini vurğulayıb.

Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Ulu öndər Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. O bildirib ki, bu gün bu siyasətin Azərbaycanın Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində sürətlə inkişaf edən Azərbaycan uğurlu nailiyyətlər qazanır. Qeyd olunub ki, qədirbilən Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyev siyasi kursunu, ölkənin davamlı inkişafının bundan sonrakı uğurlarını təminatlı gələcəyin mühüm şərti olaraq dəyərləndirməli, dövlətimizin başçısının qeyd etdiyi kimi, hər bir partiya üzvü dahi rəhbərin ali ideyalarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisinə daim xidmət göstərməlidir.

Tədbirdə YAP rayon Qadınlar Şurasının sədri Xatirə Məmmədova, Tərtər İlk Peşə İxtisas Məktəbinin direktoru Faiq Məmmədov, Tərtər “Avtonəqliyyat” ASC-nin sədri Məhəbbət Məmmədov, Dövlət Sosial Müdafiə Fondunun Tərtər şöbəsinin sektor müdiri Həcər Xeyri, şura üzvü Kərrar Bayramov, Təzəkənd kənd ümumi orta məktəbinin müəllimi Elnur Rəhimov çıxış ediblər.

Sonra bir qrup partiya üzvünə YAP rayon təşkilatı tərəfindən Fəxri Fərmanlar və partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilib.

YAP-ın yaradılmasının 26-cı ildönümü münasibətilə Tərtər rayonunda ağacəkmə aksiyası da keçirilib. Tərtər-Şıxarx avtomobil yolunun kənarında 1500 ədəd Eldar şamı əkilib.

.
Bölmə: Bölgə | 21 noyabr 2018 12:04 | Baxış sayı: 70

ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: