BolgeXeber.Com » Siyasət » Məhkəmə Saakaşvilinin həbsi ilə bağlı QƏRAR VERDİ

Məhkəmə Saakaşvilinin həbsi ilə bağlı QƏRAR VERDİ

22-11-2018, 15:47
Oxunub: 2 653 Məhkəmə Saakaşvilinin həbsi ilə bağlı QƏRAR VERDİTiflis Apelyasiya Məhkəməsi keçmiş prezident Mixail Saakaşvili barəsində birinci instansiyanın qərarını qüvvədə saxlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda iş üzrə prokuror Arçil Tkeşelaşvili bildirib.

Tiflis şəhər məhkəməsi bu ilin iyununda Saakaşvili barəsində 6 il qiyabi həbs cəzası çıxarmışdı. Keçmiş prezident 2005-ci ildə sabiq deputat Valeri Qelaşvilinin döyülməsində ittiham olunur.

Arçil Tkeşelaşvilinin sözlərinə görə, məhkəmə Saakaşvili üçün cəzanın sərtləşdirilməsi haqqında prokurorluğun xahişini təmin etməyib.