BolgeXeber.Com » Siyasət » Polis Skripalı zəhərləyən şəxslərin yeni VİDEOlarını yaydı

Polis Skripalı zəhərləyən şəxslərin yeni VİDEOlarını yaydı

23-11-2018, 10:00
Oxunub: 2 824 Polis Skripalı zəhərləyən şəxslərin yeni VİDEOlarını yaydıLondon polisi Solsberi şəhərində olan zaman Sergey və qızı Yuliya Skripalın zəhərlənməsində şübhəli bilinən rusiyalı Aleksandr Petrov və Ruslan Boşirovun yeni videoyazılarını, həmçinin zəhərləyici maddənin olduğu flakonun şəkillərini yayıb

Bolgexeber.com report-a istinadən xəbər verir ki, bu barədə Skotland-Yardın məlumatında bildirilir.

"Kamera qeydləri Aleksandr Petrov və Ruslan Boşirov ləqəbləri ilə məşhur olan iki şübhəlinin bazar günü, martın 4-də necə Solsberiyə gəldiklərini və yerləşdiklərini göstərir. Xüsusi hazırlanmış saxta ətir şüşəsi modellərinin fotoşəkilləri də təqdim olunur", - deyə məlumatda bildirilir.

Bundan əvvəl Rusiya "Skripal işi" ilə bağlı Britaniyaya nota verib.