XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Enerji içkiləri cibə də ziyan olacaq - BAHALAŞIR

Enerji içkiləri cibə də ziyan olacaq - BAHALAŞIRMillət vəkili qadağalar təklif edir

Azərbaycanda enerji içkilərinin satışı və istifadəsi sürətlə artır. Bu artımın ölkə əhalisinin sağlamlığına mənfi təsiri ilə bağlı Milli Məclisdə səslənən bəyanatlardan sonra onun bahalaşacağı barədə məlumatlar yayıldı. Çünki 2019-cu ildən yeni Vergi Məcəlləsi əsasında enerji içkilərinə aksiz vergisi tətbiq ediləcək, bu isə onun satış qiymətini artıracaq.

Millət vəkili qadağalar təklif edir

Oxu.Az xəbər verir ki, hazırda Azərbaycan bazarında “XL”, “Pitbull”, “Rox”, “Red Bull”, “Hell”, “Jaquar”, “Blue”, “Reo Line”, “Monster” kimi enerji içkiləri satılır. Onların qiyməti kofein və karbohidratların tərkibinə, həmçinin böyük və kiçikliyinə görə 1-4 manat arasında dəyişir. Aksiz ilə bağlı bahalaşma nəticəsində qiymətlərin 50 faiz artması ehtimalı var.

Millət vəkili Musa Quliyevin sözlərinə görə, bu içkilərə aksiz vergiləri tətbiq olunmalıdır ki, əlçatanlıq aşağı düşsün. Yəni, bu içkilərin üzərinə “18+” işarəsi yazılsın və 18 yaşına çatmayan uşaqlara satılması qadağan olunsun.

M.Quliyev hesab edir ki, ümumiyyətlə, bu məhsullar lisenziyalaşdırılmış mallar siyahısına daxil edilməlidir və onların reklamına qadağa qoyulmalıdır. Bundan başqa, məktəblərdə, təhsil müəssisələrinin yaxınlığındakı mağazalarda bunların satılmasına icazə verilməməlidir.

Dünyadakı “enerji içkisi bumu” ilə mübarizə

Ərzaq Məhsullarının Təhlükəsizliyi üzrə Avropa İdarəsi 2009-cu ilin fevral ayında enerji içkilərinin tərkibindəki maddələri araşdırıb. Aydın olub ki, içkinin tərkibindəki taurin və qlyukuronolakton 18 yaşadək gənclərdə diabet xəstəliyinin kəskinləşməsi kimi fəsadlar verir.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, son onillikdə bütün ölkələri bürüyən “enerji içkisi bumu”nun nəticələri üzərində aparılan araşdırmalar nəticəsinə görə, bu içkilərdən istifadənin çoxalmasının əhalinin, xüsusilə gənclərin sağlamlığına ciddi təhlükə yaradır.

İlk enerji içkisi 1960-cı ildə Yaponiyada buraxılıb, 1987-ci ildən isə Avropada populyarlaşıb, 10 ildən sonra isə ABŞ-da istehlak edilib.

Oxu: Deputat: Enerji içkiləri cəmiyyətimizdə bir bəlaya çevrilib
Dünyadakı “enerji içkisi bumu” isə XXI əsrin başlanğıcına aiddir. 2006-cı ildə dünyada bu içkinin 500-dən çox yeni növü qeydə alınıb. ABŞ-da 2008-ci ildən 2013-cü ilədək enerji içkilərinin satışında 60 faiz artım olub və bu sahə üzrə dövriyyə 12,5 milyard dollar təşkil edib.

Ərzaq məhsullarının təhlükəsizliyi üzrə Avropa Agentliyinin (European Food Safety Authority, EFSA) məlumatına görə, 2011-ci ildə Avropa İttifaqının 16 ölkəsində 18 yaşdan yuxarı insanların 30 faizi, 10-18 yaş arası yeniyetmələrin 68 faizi, 10 yaşlıların isə 18 faizi enerji içkilərindən daimi istifadə edənlər olub. Bu statistikada ölkə üzrə yeniyetmələrin 82 faizi, uşaqların 40 faizinin enerji içkilərindən istifadə sayına görə Çexiya ön sıralardadır.

ABŞ Pediatriya Akademiyası da bu içkilərin uşaq və gənclər tərəfindən istifadəsini pisləyir. Texas Universitetinin kardioloqu Con Xiqqins bildirib ki, hamilə qadınlar, 18 yaşadək olan gənclər, yüksək kofein həssaslığı olanlar, diqqətsizliklə mübarizə üçün müalicə alanlar enerji içkilərindən uzaq durmalıdırlar.

“İnsan orqanizminə zərərlidir” xəbərdarlığı

Bu gün Fransa, Tayvan, Danimarka, Türkiyə, Norveç, Uruqvay və İslandiyada, eləcə də, ABŞ-ın Vaşinqton, Yuta, Oklahoma və Miçiqan ştatlarında enerji içkiləri qadağan olunub. 2014-cü ildən Avropada hər litrinin tərkibində 150 milliqramdan artıq kofein olan enerji içkisinin üzərində “insan orqanizminə zərərlidir” xəbərdarlığının yazılması tələb olunur.

İsveçrədə 15 yaşdan kiçik uşaqlara bu içki satılmır. Kanadada enerji içkisi qabının üstündə içmək üçün gündəlik yol verilən həcm, eləcə də, alkoqolla qarışdırılmaması barədə xəbərdarlıq edilir. Macarıstanda isə enerji içkiləri 2012-ci ildən zərərli ərzaqlar siyahısına salınıb.
Bölmə: Analitika | 23 noyabr 2018 14:03 | Baxış sayı: 99





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: