BolgeXeber.Com » İdman » Zabit Səmədov rusiyalı döyüşçüyə qarşı - VİDEO

Zabit Səmədov rusiyalı döyüşçüyə qarşı - VİDEO

24-11-2018, 15:22
Oxunub: 4 027 Zabit Səmədov rusiyalı döyüşçüyə qarşı - VİDEOAzərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov növbəti görüşünü keçirəcək.

Report xəbər verir ki, 34 yaşlı kikboksçu dekabrın 2-də Belarusun paytaxtı Minsk şəhərində Rusiya Federasiyasının Çeçenistan Respublikasının "Axmat" klubunun təşkil etdiyi turnirdə yarışacaq.

Turnirdə həmçinin Azərbaycanın digər K-1 döyüşçüsü Elxan Əliyev də iştirak edəcək. Yarışa Belarus, Ukrayna, Rusiya Federasiyası, Fransa, Almaniya, Rumıniya, Moldova kimi ölkələrdən 20 nəfər tanınmış kikboksçu qatılacaq.

Günün əsas döyüşü Zabit Səmədovla Rusiya təmsilçisi Yevgeni Orlov arasında olacaq. Elxan Əliyev isə mərakeşli Cihad Akipa ilə döyüşəcək.

Qeyd edək ki, əslən azərbaycanlı olan K-1 döyüşçüsü Zabit Səmədov da "Axmat" klubunun üzvüdür.

Zabit Səmədov rusiyalı döyüşçüyə qarşı - VİDEO
Zabit Səmədov rusiyalı döyüşçüyə qarşı - VİDEO