Rusiya Ukraynaya məxsus iki hərbi gəmini vurdu
26-11-2018, 09:35
Oxunub: 2 570
Rusiya Ukraynaya məxsus 2 hərbi gəmini vurub.
Musavat.com-un məlumatına görə, Krımın Kerç boğazında dünən səhərdən etibarən davam edən gərginlikdə ilk atəş açılıb. Bu barədə məlumat Ukrayna Hərbi Dəniz Donanması tərəfindən verilib. Məlumatda qeyd olunur ki, Rusiya Ukraynaya məxsus hərbi gəmiləri atəşə tutub. Rəsmi açıqlamada bildirilib ki, Rusiyanın xüsusi təyinatlı qüvvələri Kerç boğazında Ukrayna gəmilərini ələ keçirib. Rusiya tərəfindən vurulan iki gəmi idarəetməni itirib. Rusiya tərəfi isə açıqlama verərək gəmilərin limanlarına geri döndüyünü bildirib.
Məlumatda bildirilir ki, hücum nəticəsində 2 dənizçi yaralanıb. Ukrayna mediası isə 1 əsgərin öldüyünü bildirib.
Qeyd edək ki, Krımın işğalından sonra Moskva ilə Kiyev arasında gərginlik davam edir. 25 noyabr, günorta saatlarında Rusiya Krım yarımadasını quruya bağlayan körpünü bağlayıb, axşam saatlarında isə Kerç boğazı üzərində hərbi təyyarələr uçurtmağa başlayıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə