BolgeXeber.Com » Şou-Biznes » 18 yaşlı qız "Miss Rusiya-2013" seçildi

18 yaşlı qız "Miss Rusiya-2013" seçildi

3-03-2013, 09:55
Oxunub: 12 453 18 yaşlı Elmira Abdrazakova Rusiya gözəli seçilib
Rusiyada gözəllik müsabiqəsi "Miss Rusiya-2013"ün qalibi məlum olub.Rusiya mətbuatının verdiyi məlumata görə, "Miss Rusiya-2013" Mejdureçensk şəhərindən olan 18 yaşlı Elmira Abdrazakova seçilib.

Müsabiqənin qalibi 100 min dollar, avtomobil, eləcə də Rusiyanı "Kainat gözəli" və "Dünya gözəli" yarışmalarında təmsil etmək hüquq qazanıb.

"İndi hiss etdiklərimi izah etmək mümkün deyil. İnana bilmirəm ki, indi burada dururam və bütün bunlar mənimlə baş verir",- deyə Elmira Abdrazakova müsahibələrindən birində söyləyib.

O, Sibir universitetinin tələbəsidir.

Elmira Abdrazakova pul mükafatı ilə doğma şəhərinə yardım edəcəyini açıqlayıb. O, həmçinin bu müsabiqədə ən çətin- hündürdaban ayaqqıblarda gəzmək olduğunu da etiraf edib.

Qeyd edək ki, "Miss Rusiya-2013" gözəllik müsabiqəsi dünən "Barvixa Luxury Village" konsert salonunda baş tutub.
Müsabiqənin münsiflər heyətinə müğənni Dmitri Malikov, restorator Arkadi Novikov, modelyer Valetnin Yudaşkin, İD baş direktoru Axel Springer Regina fon Fleminq, tennisçi Anastasiya Mıskina, "Kainat gözəli 2012"nin qalibi amerikalı Oliviya Kallo və "Dünya gözəli 2012" çinli Yu Vensya daxil olublar.
Ans press