XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Telman İsmayılov gizli məqamlara toxundu: “Edama hazıram” - VİDEO

Telman İsmayılov gizli məqamlara toxundu: “Edama hazıram” - VİDEORusiyanın NTV telekanalı tanınmış iş adamı, azərbaycanlı biznesmen Telman İsmayılovdan müsahibə alıb

BAKU.WS xəbər verir ki, kanalın məşhur "Yeni rus sensasiyaları” proqramında Telman İsmayılov maraqlı məqamlara toxunub.

Verilişin əvvəlində İsmayılovla bağlı gecə klublarında, otel və restoranlarda kriminal mühitin hökm sürdüyü göstərilib. Bildirilib ki, Telman İsmayılovun obyektlərində narkotik alveri baş alıb gedib.

Oliqarx bu və digər maraqlı məqamlara toxunub. Telman İsmayılov çıxışında bildirib ki, telekanalların kriminal xronikada nümayiş etdirdiyi "Çerkizov” bazarına heç bir aidiyyatı yoxdur.

“Sizin və digər kanallarda yayımlanan reportajlarda mənim adım hallanıb. Hansısa bazarı göstərib, mənim olduğunu bildirmisiz. Mənimlə əlaqəli heç bir obyektdə narkotik dövr etməyib. Hətta bizim obyektlərdə mühafizəçilər kimdəsə narkotik tapanda mükafat alırdılar”, - deyə Telman İsmayılov bildirib.

İş adamı onunla bağlı səslənən ittihamların əsassız olduğunu vurğulayıb:

“Qaçaqmal və digər məsələlərdə məni ittiham edirlər. Hanı sübut? Əgər belə ittihamlar varsa, faktlar varsa, mən ömürlük məhkumluğa, hətta edam cəzasına belə razıyam”.


Bölmə: Müsahibə-Reportaj | 26 noyabr 2018 16:41 | Baxış sayı: 82





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: