BolgeXeber.Com » Bölgə » Kürdəmirdə məktəbin tavanı dərs vaxtı uçdu

Kürdəmirdə məktəbin tavanı dərs vaxtı uçdu

26-11-2018, 17:28
Oxunub: 4 154 Kürdəmirdə məktəbin tavanı dərs vaxtı uçduKürdəmir rayonundakı Qarasu kənd məktəbində dəhlizin tavanı uçub. Hadisə dərs vaxtı qeydə alındığından xəsarət alan olmayıb

Məktəbin direktoru Abduləli Qocayev virtualaz.org-a bildirib ki, məktəbin əsas binası 1967-ci ildə istifadəyə verilib və 51 yaşlı bina uzun illərdir təmir edilmir: “1970-ci ildə çiy kərpicdən ikinci korpus, sonradan daşdan daha bir korpus tikilib. Hazırda bütün korpusların əsaslı təmirə ehtiyacı var”.

Məktəb Təhsil Nazirliyi tərəfindən qəzalı kimi qeydiyyata alınıb. 2015-ci ildə 624 yerlik yeni məktəb binasının tikiləcəyi bildirilib, amma üstündən 3 il keçməsinə baxmayaraq nəinki yeni bina tikilməyib, heç cüzi təmir işləri belə aparılmayıb.

A.Qocayev əlavə edib ki, ötən ilin yayında cəmi 5 sinif otağının döşəməsini təmir etdirə biliblər. 600 şagirdin təhsil aldığı məktəb odunla qızdırılır.

Kənd sakinləri isə sayta deyiblər ki, məktəb soyuq havalarda müəllimlərin pulu ilə alınmış qoyun gərməsi ilə qızdırılır və vəziyyət həqiqətən də acınacaqlıdır.

Şilyan -Qarasu kənd bələdiyyəsindən isə sayta bildiriblər ki, 4500 sakini olan kənd məktəbi yararsızdır, amma buna baxmayaraq sakinlərin alternativ seçim imkanı yoxdur.
Kürdəmirdə məktəbin tavanı dərs vaxtı uçdu
Kürdəmirdə məktəbin tavanı dərs vaxtı uçdu
Kürdəmirdə məktəbin tavanı dərs vaxtı uçdu
Kürdəmirdə məktəbin tavanı dərs vaxtı uçdu