BolgeXeber.Com » Siyasət » Ukraynada prezident seçkiləri gələn il martın 31-də keçiriləcək

Ukraynada prezident seçkiləri gələn il martın 31-də keçiriləcək

27-11-2018, 10:54
Oxunub: 2 366 Ukraynada prezident seçkiləri gələn il martın 31-də keçiriləcəkUkrayna Ali Radası ölkədə növbəti prezident seçkisinin 2019-cu il martın 31-də keçirilməsi barədə qanun layihəsini qəbul edib.

Bu barədə qərar Ali Radanın noyabrın 26-da keçirilən növbədənkənar iclasında qəbul olunub. Qanun layihəsinə deputatların 298-i lehinə səs verib.

Xatırladaq ki, növbəti prezident seçkilərində rekord sayda - 30-dan çox namizədin iştirak edəcəyi gözlənilir.