BolgeXeber.Com » Bölgə » Sabirabadda və Şirvanda bayram münasibətilə tədbirlər kecirilib

Sabirabadda və Şirvanda bayram münasibətilə tədbirlər kecirilib

19-03-2011, 11:25
Oxunub: 6 773
Şirvan şəhərində aztəminatlı ailələrə bayram sovqatları paylanılıb

Sabirabad rayonunda Novruz bayramı münasibəti ilə Heydər Əliyev adına parkda tədbir keçirilib. Rayon zəhmətkeşlərinin toplaşdığı bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Heydər Abbasov sakinlər qarşısında çıxış edərək təbriklərini çatdırıb.
Rayon rəhbəri təbrikində milli Novruz bayramının tarixindən, adət-ənənələrindən və insanlara xoş əhval-ruhiyyə bəxş etməsindən bəhs edərək Sabirabadlılara xoş günlər və ailə səadəti arzulayıb.
Bayram tədbirində tanınmış müğənnilərin ifa etdikləri mahnı sədaları altında pəhləvanlar da öz bacarıqlarını nümayiş etdiriblər.

Daha sonra isə Şirvan şəhərində də bayram münasibəti ilə aztəminatlı ailələrə bayram sovqatları paylanılıb

Şirvan şəhər İcra Hakimiyyəti “Qarasu OYL” şirkəti ilə birgə 285 Qarabağ əlilinə və şəhid ailəsinə bayram gğnğ istifadə etmək ğzğn ərzaq məhsullarından ibarət bayram sovqatları paylanılıb.


Şahin/Bolgexeber.com/