BolgeXeber.Com » Xəbərlər » Türkiyəli müəllim azərbaycanlı həmkarlarına “dərs keçdi” - VİDEO

Türkiyəli müəllim azərbaycanlı həmkarlarına “dərs keçdi” - VİDEO

30-11-2018, 11:38
Oxunub: 1 809 Türkiyəli müəllim azərbaycanlı həmkarlarına “dərs keçdi” - VİDEOTürkiyədə gənc müəllimin tətbiq etdiyi dərs metodu dünyanın bir çox ölkəsində qəbul edilib və olduqca uğurludur

Bu, dərsin gedişində rəqabət mühiti yaradır. Hazırda Azərbaycan məktəblərində müasir müəllimlərə böyük ehtiyac duyulur.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov Türkiyə məktəblərindən birində Güvən Kara adlı müəllimin maraqlı bir üsulla Azərbaycan dilini tədris etməsi barədə danışarkən deyib. Həmin metodla dərs zamanı uşaqlara sərbəstlik verildiyini deyən təhsil eksperti Azərbaycan məktəblərinin bu baxımdan geridə qaldığını söyləyib:

“Bu gün bir çox müəllim hələ də sovet dövründə öyrəndiklərini tətbiq edir. Nə qədər ki yaşlı nəsil hələ də məktəblərdə sovet təhsil sistemini tətbiq edir, bizim gənc kadrlar da müasir ola bilməyəcəklər. Müəllimlərin 70-80% hələ də köhnə kitablardan dərslər verir. Bu, çox ağır vəziyyətdir. İstənilən fənn üzrə müasir dərslər keçirilməlidir. Məsələn, müəllimlərimizin bir çoxu hələ də kompüterdə işləmək bacarığına malik deyil. Əgər bir müəllim kompüterlə işləməyi bilmirsə, yeni metodikaları tətbiq edə bilmirsə, şagirdə nə dərəcədə bilik verə bilər? Dünyanın ən keyfiyyətli təhsil ocaqları nəzəriyyəyə nisbətən, təcrübəyə üstünlük verirlər. Amma bizim dərslərdə tamamilə fərqlidir, müəllim sadəcə nəzəriyyə tədris edir. Təbii ki, bunu bütün müəllimlərə aid etmək doğru olmaz.

Savadlı müəllim şagirdə hazır bilikləri verməklə yanaşı, onun beynində fikir formalaşmasına köməklik göstərməlidir. Bizim müəllimlər də müasir metodları tətbiq etməklə şagirdlərin dərsə marağını artıra bilərlər. Qanunvericilik bazası buna kifayət qədər imkan verir”.

Qeyd edək ki, Türkiyə məktəblərindən birində şagirdlərə Azərbaycan dilini mənimsətmək üçün istifadə etdiyi üsul böyük maraq doğurub.