BolgeXeber.Com » Xəbərlər » DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

30-11-2018, 11:53
Oxunub: 2 486 DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıbÖtən gün daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-in mətbuat xidmətindən  verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 107 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.