BolgeXeber.Com » Xəbərlər » İmişlidə hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının qalibi ilə görüş keçirilib

İmişlidə hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının qalibi ilə görüş keçirilib

30-11-2018, 14:10
Oxunub: 3 944 İmişlidə hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının qalibi ilə görüş keçirilibİmişli rayon Heydər Əliyev Mərkəzində Moskva şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatda qadınlar arasında 65 kiloqram çəki dərəcəsində qalib olan Ceyla Nağızadə ilə görüş keçirilib

Bolgexeber.com xəbər verir ki,İmişli rayon icra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev ölkəmizdə digər sahələrlə yanaşı, idmanın inkişafına da qayğı göstərildiyini bildirərək deyib: Azərbaycanda idman hərəkatının əsası ötən əsrin 70-ci illərində qoyulmuşdur. Həmin dövrdə Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizdə hakimiyyətə gəlməsi ilə bütün sahələrlə yanaşı, idman da inkişaf etdirildi. Ölkəmizin şəhər və rayonlarında idman məktəbləri yaradıldı, stadionlar tikildi, şahmat məktəbləri istifadəyə verildi. Vilyam Hacıyev bildirib ki, bu gün Azərbaycan müstəqil dövlətdir. İdmanın kütləviliyinin təmin olunması və gənclərin sağlam böyüməsi müstəqil Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir. İmişli rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir, idman infrastrukturu ilbəil müasirləşdirilir. Artıq rayonda gənc idmançılar nəsli yetişir. İcra hakimiyyətinin başçısı Azərbaycanda keçirilən idmanın müxtəlif növləri üzrə yarışların yüksək səviyyədə təşkil olunmasını ölkəmizdəki mövcud sabitliyin və Ümummilli Liderimizin yolunun uğurla davam etdirilməsinin nəticəsi kimi dəyərləndirib.Azərbaycanlı idmançıların dünyanın digər ölkələrində müxtəlifidman növləri üzrə keçirilən yarışlarda medallar qazanması tarixi nailiyyətimizdir. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın inkişafı sahəsində həyata keçirdiyi tədbirlərin nəticəsidir. Ölkə Prezidentinin qazanılan nailiyyətlərə görə idmançıları və onların məşqçilərini dövlət mükafatları ilə təltif etməsi də bu sahəyə göstərilən diqqətin daha bir ifadəsidir.Moskva şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatında İmişli rayon sakini gənc güləşçı Ceyla Nağızadə qızıl medala layiq görülməklə ona göstərilən etimadı doğruldub. Vilyam Hacıyev qızıl medal qazanaraq ölkəmizin idman şərəfini layiqincə qoruduğuna görə gənc güləşçi Ceyla Nağızadəyə təşəkkür edib, ona gələcək yarışlarda uğurlar arzulayıb. Sonra Vilyam Hacıyev qalibə "Fəxri Fərman" təqdim edib.
Hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının qalibi Ceyla Nağızadə İmişlidə idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışıb, bu işlərin beynəlxalq yarışlarda Azərbaycanın idman şərəfini qoruyan gənc idmançıların yetişməsinə səbəb olduğunu bildirib. Ceyla Nağızadə idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə respublika idmançıları və gəncləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edib, bundan sonra da yüksək nailiyyətlər qazanmaqla göstərilən etimadı doğruldacağına söz verib.
İmişlidə hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının qalibi ilə görüş keçirilib