loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Tərtərin Zolgəran kəndində səyyar-qəbul görüş-FOTO

Tərtərin Zolgəran kəndində səyyar-qəbul görüş-FOTOTərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Sarıcalı kənd İƏD üzrə nümayəndəliyin Zolgəran kəndində oldu.

Bolgexeber.com xəbər verir ki, qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Sarıcalı kənd İƏD üzrə nümayəndə Sərdar Aslanov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Səttar Muxtarov, Ədibə Mustafayeva, Mayıl Məhərrəmov və digərləri suvarma suyu üçün subartezian quyusunun qazılması, elektrik təsərrüfatının yenidən qurulması, məktəb üçün əlavə sinif otaqlarının tikilməsi və şəxsi məsələlər barədə müraciətlər etdilər.

Qaldırılan məsələlər barədə rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.
Tərtərin Zolgəran kəndində səyyar-qəbul görüş-FOTO
Tərtərin Zolgəran kəndində səyyar-qəbul görüş-FOTO
Tərtərin Zolgəran kəndində səyyar-qəbul görüş-FOTO
Bölmə: Bölgə | 01 dekabr 2018 11:43 | Baxış sayı: 112





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: