BolgeXeber.Com » Dünya » Marsda parlayan naməlum cism tapılıb - FOTO

Marsda parlayan naməlum cism tapılıb - FOTO

1-12-2018, 13:59
Oxunub: 2 903 Marsda parlayan naməlum cism tapılıb - FOTOMarsda özü yeriyən "Curiosity" aparatı Qırmızı planetin səthində parıldayan külçəyə bənzər qeyri-adi cism aşkar edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə NASA saytının "Curiosity"nin missiyasına həsr olunmuş bloqunda məlumat yerləşdirilib.

"Little Colonsay" adlandırılan naməlum obyektə əvvəllər marsdayeriyənin kamerası ilə çəkilən şəkillərdən birində rast gəlinib.

"Bizim daha çox öyrənmək istədiyimiz nümunə "Little Colonsay"dır. Planlaşdırma qrupu güman edir ki, bu, meteorit ola bilər, çünki o, çox parlaqdır", - deyə doktor Süzanna Şvenser bildirib.

Lakin, o əlavə edib ki, yad cismin səthi aldadıcı ola bilər, ona görə də onun mənşəyini öyrənmək üçün kimyəvi analiz lazımdır.

Bundan əvvəl NASA "InSight" zondunun Marsda çəkdiyi ilk şəkilləri göstərib.
Marsda parlayan naməlum cism tapılıb - FOTO