BolgeXeber.Com » Ölkə » Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub

1-12-2018, 17:08
Oxunub: 2 293 Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olubMilli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi məlum olub.

“Report” xəbər verir ki, dekabrın 7-də keçiriləcək toplantının gündəliyinə 21 məsələ daxildir.

Bunlar “Dövlət qulluğu haqqında”, “Uşaq hüquqları haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Avtomobil yolları haqqında” və s. qanunlara, o cümlədən İnzibati Xətalar, Mənzil məcəllərinə dəyişiklik layihələridir.

Deputatlar "Psixoloji yardım haqqında" qanun layihəsini də (üçüncü oxunuş) müzakirə edəcəklər.