Xəyanətə görə arvadının başını qırxan kişini hansı cəza gözləyir? - VİDEO
1-12-2018, 18:48
Oxunub: 4 793
Həyat yoldaşını ona xəyanət etdiyi üçün başını keçəl edən kişiyə cinayət işi açıla bilər.
Bolgexeber.com xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında hüquqşünas Ruslan Vəliyev bildirib.
Onun sözlərinə görə, heç kimin heç kəsi mühakimə etmək hüququ yoxdur:
“Əgər qadın xəyanət edib və kişi onu qəbul etmirsə, boşana bilər. Şəxsi alçaltmaq, onun şərəf və ləyaqətini aşağılamaq, təhqir etmək, qeyri-insani rəftar etmək yolverilməzdir. Digər tərəfdən qadının sifətində fiziki zorakılığın əlamətləri vardır.
Bu da olmaz. Görüntülər əsasında hüquq-mühafizə orqanları tərəfindən fakt üzrə cinayət işi başlanmalıdır”.
Ruslan Vəliyev qeyd edib ki, qadına qarşı törədilən xəsarətin dərəcəsi ekspertizanın rəyindən asılı olaraq müəyyən edilir:
“Xəsarət dərəcəsi ağırdırsa, Cinayət Məcəlləsinin 126-ci maddəsi ilə üç ildən səkkiz ilə kimi, ağırlaşdırıcı halda altı ildən 11 ilə kimi azadlıqdan məhrum etmə cəzası var.
Ekspertizanın rəyinə əsasən, dəymiş xəsarət az ağırdırsa, Cinayət Məcəlləsinin 127-ci maddəsinə əsasən, iki ilə kimi azadlıqdan məhrum etmə cəzası var. Xəsarət yüngüldürsə, bir ilə kimi azadlıqdan məhrum etmə və yaxud cərimə tətbiq oluna bilər”.
“Şəxsi əzab vermə faktı varsa, həmin şəxs iki ilə kimi, ağırlaşdırıcı halda üç ildən beş ilə kimi azadlıqdan məhrumetmə ola bilər.
Təbii ki, videoda təhqir və böhtanın əlamətləri var. Onlar təsdiqin taparsa, Cinayət Məcəlləsinin 147- ci maddəsi ilə cinayət işi başlaya bilər və altı aya kimi azadlıqdan məhrum etmə cəzası verilə bilər”.
Hüquqşünas qeyd edib ki, qadın özü də müraciət etməsə də, video hüquq-mühafizə orqanları tərəfindən şəxsə qarşı cinayət işinin başlanması və araşdırma aparılması üçün kifayət edir.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər