BolgeXeber.Com » Xəbərlər » DYP əməkdaşları sürücüləri necə və harada tələyə salır? - Şok siyahı

DYP əməkdaşları sürücüləri necə və harada tələyə salır? - Şok siyahı

3-12-2018, 12:45
Oxunub: 5 897 DYP əməkdaşları sürücüləri necə və harada tələyə salır? - Şok siyahıDövlət Yol Polisinin bəzi əməkdaşlarının qanunsuz fəaliyyətləri barədə şikayətlər artmaqdadır.

Yenicag.az xəbər verir ki, sosial şəbəkələrdə vətəndaşlar Dövlət Yol Polisinin sürücüləri “ilişdirmək” üçün qurduqları sxem barədə məlumat paylaşıblar.

“Bu məlumatı paylaşaq, heç kim DYP minalarına düşməsin” başlığı ilə paylaşılan statusda sürücüləri incidən DYP-yə məxsus xidməti avtomobillər və onların “dəstəkçiləri” barədə məlumat verilib:

“DİQQƏT! Avtoxuliqanlıq bəhanəsiylə sürücüləri saxlayan YPX avtomobilləri:

YP 270 (Vasif)
YP 290 (Bəkir)
YP 274

Onlara işləyən, “ilişdirən” maşınlar:

90-NS-016 (KIA Optima)
MM-124 (Niva)
NS-555 (Toyota Camry)
RD-124 (Niva)
BN-788 (KİA Rio)
RD-271 (Niva)
NS-271 (Niva)

Əsas “ilişdirdikləri” yerlər:

1) Hilton, Port Baku, Park Bulvarın qabağı
2) Dərnəgül, üzü şəhərə olan istiqamət
3) Şəhərdən “Koroğlu”ya gedəndə körpünün içində
4) Rəşid Behbudov küçəsi, Dillər Universitetinin önü

Necə ilişdirirlər?

Dərnəgüldə – qabağında 50 ilə gedir, anidən soldan sağa keçənə “ilişir”.

“Park Bulvar” tərəfdə sıxır, sağla sürəti artıranda saxlayır.

Rəşid Behbudov küçəsində Dillər Universitetinin yanına yaxın ərazidə sıxır, sən sürəti artıranda, “ilişdirən” maşınlardan biri möhkəm sürür, YPX həmin maşınları saxlayır və hər iki maşının sahibinə “yarışırdınız” bəhanəsiylə dur əmri verilir. “İlişdirən” maşın “işini tamamlamış”, hər şeydən xəbərsiz sürücü isə “tələyə düşmüş” olur.