BolgeXeber.Com » Media » Bu gün TV və radio işləməyəcək

Bu gün TV və radio işləməyəcək

3-12-2018, 09:30
Oxunub: 3 677 Bu gün TV və radio işləməyəcəkBu gün Azərbaycanın efir məkanında kompleks profilaktika keçirilir.

Bu barədə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı saat 06:00-dan başlayıb və saat 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2018-ci ilin cədvəlinə əsasən dörd profilaktika nəzərdə tutulub.

Birinci kompleks profilaktika fevralın 5-i, ikincisi iyunun 11-i, üçüncüsü isə sentyabrın 3-də keçirilib.