BolgeXeber.Com » Siyasət » Kadırov Poroşenkoya qəzəbləndi

Kadırov Poroşenkoya qəzəbləndi

3-12-2018, 10:53
Oxunub: 2 536 Kadırov Poroşenkoya qəzəbləndiÇeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna prezidenti Pyotr Poroşenkonu milyonlarla insanın haqqını tapdalamaqda ittiham edib.

Oxu.Az xəbər verir ki, söhbət Rusiya vətəndaşları olan kişilərin Ukrayna ərazisinə girişinə qadağanın qoyulmasından gedir.
Kadırov qeyd edib ki, Poroşenko ukraynalıları yaxınlarına baş çəkmək, valideynlərin məzarlarını ziyarət etmək hüququndan məhrum edib.

“Ukrayna prezidentindən fərqli olaraq, ölkəmizin rəhbəri Vladimir Putin minlərlə ailəni ac qoymamaq üçün Ukrayna vətəndaşlarının qarşısında şlaqbaum qoymadı. Lakin Qərb milyonlarla insanın hüquqlarının pozulmasına rəğmən, Poroşenkonu alqışlayacaq”, – deyə o vurğulayıb.

Xatırladaq ki, Ukrayna yaşı 16-dan 60-a qədər olan Rusiya vətəndaşı olan kişilərin ölkəyə girişini qadağan edib.