BolgeXeber.Com » Dünya » Ukraynada vəzifədən çıxarılan erməninin yerinə azərbaycanlı seçilib

Ukraynada vəzifədən çıxarılan erməninin yerinə azərbaycanlı seçilib

3-12-2018, 11:05
Oxunub: 2 441 Ukraynada vəzifədən çıxarılan erməninin yerinə azərbaycanlı seçilibUkrayna Kikboksinq Federasiyasının Çernovtsı şəhərində keçirilən növbəti konfransında qurumun vitse prezident vəzifəsinə seçkilər olub

Konfransda Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) sədr müavini Elşad Rafiq oğlu İbrahimov təyinat alıb. Konfrans ərəfəsində Çernovtsıda ümumölkə kikboksinq yarışı da keçirilib.
Bu vəzifədə buna qədər erməni mənşəli şəxs olub. O, bir müddət əvvəl tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, uzun müddətdir Ukraynada yaşayan və bu ölkənin vətəndaşı olan E. İbrahimov biznes, idman və ictimai həyatda fəaldır.(Report)