loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

"Talesiz qadın olmuşam, xoşbəxt ola bilməmişəm" - Fədayə Laçının məhkəmədə son sözü

"Talesiz qadın olmuşam, xoşbəxt ola bilməmişəm" - Fədayə Laçının məhkəmədə son sözüBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib.

Bolgexeber.com report-a istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə F.Laçın son söz deyib.

O, cinayət əməlini bilərəkdən törətmədiyini bildirib.

F.Laçın çıxışında çox peşman olduğnu söyləyib: "Mən dövlətimin qanunlarını bilən adamam. Heç vaxt qanunsuz bir əməl törətməmişəm. Həyatda çox talesiz bir qadın olmuşam. Qadın kimi xoşbəxt ola bilməmişəm. Həyatdakı yolum həmişə daşlı olub və dəfələrlə bu yolda yıxılmışam. Amma yenə də durub yola davam eləmişəm. Heç vaxt əlimdən tutanım, dəstək olanım olmayıb. Amma bu dəfə mən bataqlığa düşmüşəm. Bu dəfə mənim əlimdən tutub çıxaran olmasa, bu, yolun sonudur".

Müğənni 9 nəfərlik ailəsinin olduğunu vurğulayıb: "Xahiş edirəm bunu nəzərə alasınız. Ailə üzvlərim mənim himayəmdədir. Oğlum bu hadisədən sonra magistr təhsilini yarımçıq qoydu. Bu, bir ana kimi mənə böyük dağdır, 22 ildir sənətdəyəm. Ali təhsilliyəm, ziyalı bir ailədə böyümüşəm. Sadəcə, həyatda heç vaxt şansım gətirməyib. Nə bir insan kimi, nə də bir qadın kimi xoşbəxt ola bilməmişəm. Bu son hadisə də onu göstərdi ki, həqiqətən də, mən bəxtsiz və talesiz bir insanam".

F.Laçın məhkəmədən əfv olunmasını xahiş edib: "Əhd eləmişəm ki, azadlığa çıxsam, Şəhidlər Xiyabanına gedib, 20 Yanvar şəhidlərimiz olan İlham və Fərizənin məzarı başında öz avazımla "Yasin" oxuyacam. Onu da demək istəyirəm ki, bir insanın kriminal aləmdə olan biri ilə tanışlığının olması onun da cinayətkar olması demək deyil. Bilməzdim ki, bazarda da satılan 6 manatlıq bir açara görə belə bir vəziyyət yarana. Əgər məndən odlu silah, soyuq silah, narkotik istəsəydilər, əlbəttə bundan imtina edərdim. Çünki bunun cinayət olduğunu bilirəm. İndi kimsə məndən çörək belə istəyəndə ehtiyat edirəm. Fikirləşirəm ki, çörək yemək üçündür, amma yenə də ehtiyat edirəm".

Daha sonra digər təqsirləndirilən Günay Atakişiyeva, Şahmar Bəyəlizadə, Aqil Nəcəfov və Məhəmməd Hacıyev də son sözlə çıxış ediblər. Onlar əməllərindən peşman olduqlarını və məhkəmədən aşağı cəza verilməsini istəyiblər.

Məhkəmənin növbəti iclası dekabrın 10-nə təyin edilib.

Xatırladaq ki, prokuror çıxışında təqsirləndirilənlər - müğənni F.Laçının 6 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayevin 10 il, qarovul rəisi Ceyhun Səmədovun 10 il, müavinləri - Tural Poladxanovun 8 il 6 ay, Fuad Hacıyevin 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyevin 8 il, Günay Atakişiyevanın 7 il, Aqil Nəcəfovun 10 il, İsrafil Soltanovun 8 il, Şahmar Bəyəlizadənin 8 il, Tərlan Zeynalovun 8 il, Anar Əsgərovun 8 il və Əli Ağaminin (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.
Bölmə: Müsahibə-Reportaj | 03 dekabr 2018 12:53 | Baxış sayı: 118





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: