BolgeXeber.Com » İqtisadiyyat » “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində

3-12-2018, 14:07
Oxunub: 3 706 “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindənkeçirilən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı sosial aksiya ilə qeydiyyat xidmətləri birbaşa ünvanlarda göstərilir

Bununla vətəndaşların daha tez və rahat şəkildə leqal əmlaklara sahib olması təmin edilir. İctimai əhəmiyyətli kampaniyanın bu həftəki ünvanı isəHacı Zeynalabdin Tağıyev qəsəbəsidir.Səyyar xidmətlər 3-7 dekabr tarixlərində saat 09:00-dan 17:00-dək Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 9 ünvanında göstəriləcək.
Kampaniya çərçivəsində qəsəbəsakinləri yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı xidmətlərdən faydalana bilər. Bundan başqa səyyar ofisdə sakinlərin qeydiyyatla bağlı sualları cavablandırılacaq və onlara mülkiyyət hüquqlarından istifadə ilə bağlı hüquqi məsləhətlər veriləcək.