BolgeXeber.Com » Ölkə » Novruz Məmmədov Aparat rəhbərini işdən çıxardı

Novruz Məmmədov Aparat rəhbərini işdən çıxardı

3-12-2018, 15:20
Oxunub: 2 472 Novruz Məmmədov Aparat rəhbərini işdən çıxardı   Nazirlər Kabineti Aparatının rəhbəri Ağabala Hacıyev vəzifəsindən azad edilib.

Bolgexeber.com BakuPost-a istinadən xəbər verir ki, bu barədə baş nazir Novruz Məmmədov müvafiq əmr imzalayıb.

Bu vəzifəyə hələlik təyinat olmayıb. Qeyd edək ki, Ağabala Hacıyev 1991-1994–cü illərdə Nazirlər Kabinetinin İşlər İdarəsinin müdafiə və müdafiə sənayesi şöbəsinin müdiri, 1994-cü ilin oktyabr ayından Azərbaycan Prezidentinin sərəncamı ilə Nazirlər Kabinetinin İşlər müdiri vəzifəsinə təyin edilib. 2003-cü ilin sentyabrından Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb.

A.Hacıyev "Azərbaycanın əməkdar iqtisadçısı" fəxri adına layiq görülüb.Maşınqayırma və energetikanın inkişafı problemləri üzrə 19 elmi məqalənin müəllifidir, texniki elmlər namizədidir.

2012-ci il iyunun 22-də prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncamı ilə Hacıyev Ağabala Şamxal oğlunu 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.