BolgeXeber.Com » İqtisadiyyat » Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb

Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb

3-12-2018, 18:07
Oxunub: 5 041 Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıbPrezident İlham Əliyev Xəzər rayonunun Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bolgexeber.com-un məlumatına görə, sərəncamla əlli beş min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.