BolgeXeber.Com » Dünya » “Amazon” “ağıllı” hipermarketlər şəbəkəsi açır

“Amazon” “ağıllı” hipermarketlər şəbəkəsi açır

4-12-2018, 10:26
Oxunub: 3 405 “Amazon”  “ağıllı” hipermarketlər şəbəkəsi açır“Amazon” şirkəti indi “Amazon Go” supermarketlərində işləyən kompüter görmə texnologiyasını böyük mağazalarda, məsələn, internet şirkətinə məxsus “Whole Foods” hipermarketlər şəbəkəsində tətbiq etməyi planlaşdırır

Bu haqda “The Wall Street Journal” nəşri yazıb

Modern.az xarici mediaya istinadən xəbər verir ki, beləliklə, yaxın gələcəkdə “Amazon” şirkətinə məxsus bütün mağazalarda kassa, kassir və növbələr olmayacaq. İnsanlar sadəcə lazımi məhsulları götürüb marketi tərk edəcək: sistem alış-verişin məbləğini onların hesabından çıxacaq.

Xatırladaq ki, “Amazon” 2018-ci ilin əvvəlində Siyetldə “Amazon Go” adlı ilk tamamilə avtomatlaşdırılmış mağazasını açıb. İlk avtomatlaşdırılmış “Amazon Go” mağazasının açılışı hələ 2017-ci ilin əvvəlinə planlaşdırılmışdı, amma texniki nasazlıqlar səbəbindən bir qədər gecikmə olub.