loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Modriç Ronaldu və Messinin hegemonluğuna son qoyub

Modriç Ronaldu və Messinin hegemonluğuna son qoyub"Qızıl top"u qazanan Xorvatiya millisinin və İspaniya "Real Madrid"inin futbolçusu Luka Modriç hazırda İtaliya "Yuventus"unda çıxış edən sabiq komanda yoldaşı Kriştianu Ronaldu ilə "Barselona"da çıxış edən Lionel Messinin 11 illik hegemonluğuna son qoyub

"Report"un məlumatına görə, Ronaldu 2008-ci ildə İngiltərə "Mançester Yunayted"inin, 2013, 2014, 2016 və 2017-ci illərdə "Real Madrid"in heyətində bu mükafata sahib olub. Messi isə 2009, 2010, 2011, 2012 və 2015-ci illərdə dünyanın ən güclüsü sayılıb. Sonuncu dəfə "Qızıl top" 2007-ci ildə fərqli futbolçuya - "Milan"ın braziliyalı yarımmüdafiəçisi Kakaya qismət olub.

Budəfəki seçkidə portuqaliyalı hücumçu 2-ci, argentinalı forvard 5-ci yeri tutub. Messi 2006-cı ildən sonra ilk dəfə liderlər "üçlüy"ünə düşə bilməyib. Amma o, UEFA-ya üzv ölkələrin çempionatlarının bombardirlərinə verilən "Qızıl buts"un builki sahibi olub.

Modriç həm də "Real Madrid"in indiyədək "Qızıl top" qazanmış 7-ci futbolçusu olub. Əvvəllər "kral klubu"ndan bu mükafatı Alfredo di Stefano (1957, 1959), Raymon Kopa (1958), Luiş Fiqu (2000), Ronaldo (2002), Fabio Kannavaro (2006) və Kriştianu Ronaldu əldə edib. Bununla da Madrid təmsilçisi "Barselona", "Yubentus" və "Milan"ı keçib. "Qızıl top"ların ümumi sayında isə "Real Madrid" "Barselona" ilə bərabərləşib. İndi onların hərəyə 11 belə mükafatı var.

Qeyd edək ki, "Qızıl top"a ilk dəfə xorvatiyalı futbolçu yiyələnib. Əvvəllər bu ölkənin futbolçuları arasında ən yüksək göstərici Davor Şukerə məxsus olub. 1998-ci il dünya çempionatının bombardiri yalnız Zinəddin Zidana uduzaraq, ikinci yeri tutub.
Bölmə: İdman | 04 dekabr 2018 10:33 | Baxış sayı: 54





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: