BolgeXeber.Com » İqtisadiyyat » OBA market yerli sahibkarlarla görüş keçirib

OBA market yerli sahibkarlarla görüş keçirib

4-12-2018, 10:52
Oxunub: 9 489 OBA market yerli sahibkarlarla görüş keçiribBakıda sahibkarlıq fəaliyyəti ilə məşğul olan 40-a qədər istehsalçı və fermer bir araya toplanıb

OBA marketlər şəbəkəsinin təşkilatçılığı ilə həyata keçirilən görüşün məqsədi şəbəkənin yerli sahibkarlığa verdiyi dəstəyi daha da artırmaq, istehsalçıları satışa yox sırf keyfiyyətli məhsul istehsalına yönləndirmək, yeni fəaliyyətə başlayan sahibkarların məhsullarının topdan alınması istiqamətində müzakirələr aparmaq olub.
Görüşdə yerli sahibkarların istehsal potensialı, istehsal olunan məhsulun istehsal müəssisələrindən alınaraq birbaşa marketlərə çatdırılması, keyfiyyətə daimi nəzarət, keyfiyyətli xammal tədarükündə məsləhətlər, istehlakçıların tələb və davranışları və digər məsələlər müzakirə olunub. Eyni zamanda xammal tədarükündə birgə əməkdaşlıq barədə ilkin razılıq əldə olunub.
Qeyd edə ki, OBA Azərbaycanın əksər bölgələrini tam əhatə etmiş yeganə şəbəkə marketdir. Bu da sahibkarlar tərəfindən istehsal olunan məhsulların qısa zamanda ölkəmizin bütün bölgələrinə çatdırılmasını təmin edir. İstehsalçılar əlavə xərclərdən azad olduğu üçünrisksiz böyümə imkanı qazanırlar.
Görüş zamanı sahibkarlar OBA marketdən gözləntilərini, yeni istehsal sahələrinin yaradılması istiqamətində gələcəkdə atılacaq addımlar və bu addımların dəstəklənməsi, ölkə iqtisadiyyatına veriləcək töhfələr və s. barədə fikirlərini bildiriblər.
Məlumat üçün bildirək ki, OBA marketlər şəbəkəsi hal-hazırda 200-dən çox yerli istehsal müəssisəsi və fermerlə əməkdaşlıq edir. Tədbirin sonunda iştirakçılara OBA marketlərlə davamlı əməkdaşlığa və verilən töhfələrə görə təşəkkürnamələr və hədiyyələr təqdim olunub.
OBA market yerli sahibkarlarla görüş keçirib
OBA market yerli sahibkarlarla görüş keçirib
OBA market yerli sahibkarlarla görüş keçirib
OBA market yerli sahibkarlarla görüş keçirib