BolgeXeber.Com » Dünya » 15 ildir xəstə anasını belində gəzdirir

15 ildir xəstə anasını belində gəzdirir

4-12-2018, 11:47
Oxunub: 2 910 15 ildir xəstə anasını belində gəzdirirÇində bir gənc iflic olmuş anasını 15 ildir belində gəzdirir

Bu barədə Unikal.org TV "Peope"yə istinadən xəbər verir.

Bildirilir ki, ailə başçısı 2003-cü ildə vəfat edib. 22 yaşlı gənc yerimə qabiliyyətini itirmiş anasına özü qayğı göstərməli olub. Qadın xəstəliyi ilə əlaqədar avtomobilə minə bilmir. Buna görə də oğlu onu belində gəzdirmək məcburiyyəti ilə üzləşib.

Gənc müxtəlif şəhərləri gəzərək, pul qazanmağa çalışıb. O, 2015-ci ildə tikiş fabrikində işə düzəlib. Lakin fabrik yarım il sonra bağlanıb. Ana və oğlu sonda doğma kəndə qayıdıblar. Sakinlər burada onları iş və evlə təmin ediblər.