BolgeXeber.Com » Dünya » Kişi məhkəmə vasitəsi ilə cavanlaşmaq istədi

Kişi məhkəmə vasitəsi ilə cavanlaşmaq istədi

4-12-2018, 15:09
Oxunub: 2 824 Kişi məhkəmə vasitəsi ilə cavanlaşmaq istədiNiderlandda 69 yaşlı kişi məhkəməyə müraciət edərək sənədlərdə yaşının 20 il azaldılmasını istəyib.

Oxu.Az xəbər verir ki, Emil Ratelband bu istəyini özünü 69 yaşında hiss etməməsi ilə əlaqələndirib.
O bildirib ki, gerçək yaşı iş axtarmağa və münasibətlər qurmağa mane olur.

E. Ratelband hesab edir ki, istəyi ad yaxud cinsiyyət dəyişikliyi kimi qanuni prosedurlara tam uyğundur. Buna baxmayaraq Niderland məhkəməsi onun iddiasını təmin etməyib. Bu onunla əsaslandırılıb ki, doğum tarixinin dəyişdirilməsi son 20 ildə reyestrdə edilən qeydlərin yoxa çıxmasına səbəb olacaq.