loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Gözümüzün önündə böyük cinayət törədilir

Gözümüzün önündə böyük cinayət törədilir“Donor südü məsələsi gündəmə gələrsə, süni qidaların satışı azalar”

Son illərdə Azərbaycanda süni uşaq qidalarının istehlakı artıb. Ana südü ilə qidalanan körpələrin sayında isə tədricən azalma qeydə alınıb. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən (DSK) Sputnik Azərbaycan-a verilən məlumata görə, 2017-ci ildə 3 aya qədər olan körpələrin 89.7 min nəfərindən 60,5 mini, 2016-cı ildə 3 ayadək olan 95.2 min körpənin 63 mini ana südü ilə qidalanıb.

Ötən ildə 6 ayadək olan 69,7 min körpədən 41.3 mini, 2016-cı ildə 6 ayadək olan 73.9 min körpədən 41,5 mini ana südü ilə bəslənib. 2017-ci ildə isə 12 ayadək körpələr arasında bu rəqəm 55,4 min olub.

Bu isə, öncəki illə müqayisədə ana südü ilə qidalanan körpələrin sayının 3 minədək azalması deməkdir. 1.5 yaşadək olan körpələrin də ana südü ilə qidalanmasında azalma qeydə alınıb. Belə ki, ötən ildə yalnız ana südü ilə qidalanan 1.5 yaşadək olan körpələrin sayı 16.8 min, 2 yaşadək olanların sayı isə 7.8 min olub. 2016-cı ildə isə 1.5 yaşadək ana südü ilə qidalananların sayı 20 min, 2 yaşadək olan belə körpələrin sayı isə 10 min olub.

Pediatr Aytən İsmayılzadə Sputnik Azərbaycan-a son illərdə süni qidalara marağın artması, ana südü ilə qidalanmanın azalmasına təsir edən səbəblər haqqında danışıb. Onun sözlərinə görə, son illər süni uşaq yeməklərinin daha çox tövsiyəsi ana südünə təşviqi azaldıb.

“Müxtəlif uşaq qidası firmaları neontoloqlara öz məhsullarını təklif edir. Neontoloqlar isə, həmin firma məhsullarını yeni ana olmuş qadınlara tövsiyə edirlər. Göründüyü kimi, vəziyyət çox acınacaqlıdır. Çünki müəyyən pul qarşılığında körpənin mədəsini süni qida ilə yükləmək cinayətdir” – ekspert bildirib.

A.İsmayılzadə süni uşaq qidalarının tərkibindən də söz açıb: “Bəzən körpənin doyması üçün analar vaxtsız olaraq süni qidaya keçirlər. Nəzərə almaq lazımdır ki, inək südündən ibarət olan bu süni qidalar körpələrdə allergiyanın yaranmasına səbəb ola bilər. Bununla yanaşı, inək südündən ibarət olan süni qidalar qəbzlik, köp və sancı yaradaraq, reflyuks, atopik dermatit kimi problemlərə də yol açır”.

“Bu gün uşaqlar üçün nəzərdə tutulan süni qidalar qazanc mənbəyi hesab edilir. Süni qidaların satışının bu qədər geniş yayılması, daha çox istehlak edilməsi heç də müsbət hal deyil. Düşünürəm ki, analar maariflənərsə, həkimlər daha da vicdanlı olarsa, bununla yanaşı, donor südü məsələsi gündəmə gələrsə, süni qidaların satışı azalar” – deyə pediatr əlavə edib.
Bölmə: Analitika | 04 dekabr 2018 15:11 | Baxış sayı: 65





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: