BolgeXeber.Com » Sosial » Bakıda piyada zolağının qarşısı hasara alındı – Video

Bakıda piyada zolağının qarşısı hasara alındı – Video

4-12-2018, 13:54
Oxunub: 3 021 Bakıda piyada zolağının qarşısı hasara alındı – VideoBakıda piyada zolağının qarşısı dəmir məhəccərlərlə hasara alınıb

Nəticədə piyada zolağından istifadə edən vətəndaşlar ya məcbur qalıb məhəccərlərin üzərindən tullanmalı olur, ya da ki, yolun hərəkət hissəsindən keçirlər.

Bəzi piyadalar isə məcbur qalıb yolun hərəkət hissəsindən istifadə edir. Nəticədə də onların həyatı üçün təhlükə yaranır.

Bolgexeber.com-un Xəzər Xəbər-ə istinadən məlumatına görə, söhbət Nəsimi rayonu, 3-cü mikrorayon dairəsindən gedir.

Məlum olub ki, ərazinin dəmir məhəccərlərlə hasara alınmasını Bakı Nəqliyyat Agentliyinin əməkdaşları həyata keçiriblər.

Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, əraziyə yenidən baxış keçiriləcək və problem tezliklə həll olunacaq.