BolgeXeber.Com » Fotoqalereya » "Çox vecimədir" - Səmra Rəhimli səhnəyə ətəksiz çıxdı - FOTO

"Çox vecimədir" - Səmra Rəhimli səhnəyə ətəksiz çıxdı - FOTO

4-12-2018, 13:38
Oxunub: 17 860 "Çox vecimədir" - Səmra Rəhimli səhnəyə ətəksiz çıxdı - FOTOMüğənni Səmra Rəhimli "Altın kelebek" mükafatı uğrunda keçirilən seçim konsertində geyimi ilə həmkarlarını kölgədə qoya bilib.

Bolgexeber.com publika.az-a istinadla xəbər verir ki, dünən "Elektra Events Hall"da "Altın kelebek" uğrunda "İlin qadın müğənnisi" nominasiyası üzrə seçim konserti baş tutub.

Tez-tez geyimləri ilə gündəm yaradan Səmra Rəhimli cəsarətli səhnə kostyumu ilə diqqət mərkəzində olmağı bacarıb. Konsert üçün dərin sinə dekolteli qara bodi və uzunboğaz çəkmə geyinən Səmra şəkillərini İnstaqram səhifəsində paylaşıb və qeyd edib ki, başqalarının geyimi haqqında nə düşündüyü onu qətiyyən maraqlandırmır:

"Fikirləşdim ki, konsert qızlar üçündür, sərbəst geyindim. Guya başqa vaxt çox vecimədir".

Səmranın fotosu bu dəfə də müzakirələrə səbəb olub. Bəziləri onun çox seksual göründüyünü desə də, bir çoxları tənqid edib.

Qeyd edək ki, Türkiyənin bu nüfuzlu mükafatı uğrunda 7 xanım müğənni mübarizə aparır.
"Çox vecimədir" - Səmra Rəhimli səhnəyə ətəksiz çıxdı - FOTO
"Çox vecimədir" - Səmra Rəhimli səhnəyə ətəksiz çıxdı - FOTO
"Çox vecimədir" - Səmra Rəhimli səhnəyə ətəksiz çıxdı - FOTO