BolgeXeber.Com » Sosial » Bakıda evlərin bahalaşması üçün zaman verildi: - Ev sahibi-kirayənişin mübahisəsi artacaq

Bakıda evlərin bahalaşması üçün zaman verildi: - Ev sahibi-kirayənişin mübahisəsi artacaq

5-12-2018, 10:02
Oxunub: 2 866 Bakıda evlərin bahalaşması üçün zaman verildi: - Ev sahibi-kirayənişin mübahisəsi artacaqXəbər verildiyi kimi, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə olunaraq təsdiqlənib.

Yeni dəyişikliklər vergi sahəsində mühüm yenliklərlə səbəb olub.

Maraqlıdır, vergi ödəmələri kirayə mənzil bazarına necə təsir edəcək?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli bildirib ki, sözügedən vergi dəyişiklikləri kirayə evlərin qiymətlərini bahalaşdıracaq:

“Qanunvericiliyə görə, kirayə mənzil verən qarşı tərəflə müqavilə bağlayırsa 14 faiz vergi ödəməlidir. Hazırda ödəyicilərin böyük əksəriyyəti bu vergidən yayınır. Amma zaman-zaman Vergilər Nazirliyi onları da nəzarətə götürəcək. Vergi ödəyicisi 14 faizi ödəmək məcburiyyətində qalırsa, bir çox hallarda ödəniş məbləğini kirayə götürənin öhdəsinə buraxır. Heç bir kirayə verən istəmir ki, həmin vergini özü ödəsin. Ona görə də müqavilə şərtlərində kirayə verən, öhdəliyi kirayə götürənin üzərinə atır. Bu isə kirayə mənzillərin bahalaşmasına gətirib çıxaracaq”.