“Bakı”nın keçmiş futbolçusu 6 il azadlıqdan məhrum edildi
23-03-2011, 22:40
Oxunub: 6 213
Gürcüstanda 2010-cu ilin yayında oğru dünyası ilə əlaqələrdə günahlandırılaraq saxlanılmış futbolçu Georgiya Demetradzeyə hökm oxunub.
Bolgexeber.com-un Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, o, 6 il azadlıqdan məhrum edilib.
Georgiya Demetradze ilə bərabər 2 nəfər – David Qaqnidze və David Peikrişvili də mühakimə olunub. Bu şəxslər müvafiq olaraq 8 və 2 il azadlıqdan məhrum ediliblər. Georgiya Demetradzenin vəkili şikayət etmək niyyətindədir.
Qeyd edək ki, Georgiya Demetradze keçən il iyulun əvvəlində Tiflisdə saxlanılıb. O, Ukraynada yaşayan kriminal avtoritet Vato Kipiani ilə qanunsuz totalizator oyunlarının təşkilində günahlandırılır.
Qeyd edək ki, Georgiya Demetradze müxtəlif vaxtlarda Rusiya, Ukrayna, İsrail komandalarında, o cümlədən Azərbaycanın “Bakı” komandasında oynayıb.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər