BolgeXeber.Com » Media » Amaşov: Azərbaycan dilinə dublyaj edilən filmlərə baxa bilmirəm

Amaşov: Azərbaycan dilinə dublyaj edilən filmlərə baxa bilmirəm

5-12-2018, 18:25
Oxunub: 4 405 Amaşov: Azərbaycan dilinə dublyaj edilən filmlərə baxa bilmirəmNöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir.

Oxu.Az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

O bildirib ki, Azərbaycan dili bizim mənəvi sərvətimizdir, dövlət atributlarımızdan biridir. Azərbaycan dili qədim və zəngin dildir.

Onun sözlərinə görə, Azərbaycan Mətbuat Şurası yarandığı gündən dilimizin qorunması məsələsinə xüsusi diqqət yetirir, mətbuatda dillə bağlı mütəmadi monitorinq keçirir.

Millət vəkili qeyd edib ki, mətbuatda da dillə bağlı nöqsanlar var:

“Burada daha çox qrammatik pozuntular qeydə alınır. Qüsurlardan biri də əcnəbi sözlərdən yerli-yersiz istifadədir. Bu nöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir”.

Ə.Amaşov vurğulayıb ki, Azərbaycanda ədəbi dilin saflığının qorunması dövlət sənədlərində də öz əksini tapıb:

“Biz çalışmalıyıq ki, öz dilimizi qoruyaq”.

Deputat Azərbaycan dilinə dublyaj edilən filmlərdə nöqsanların çox olduğunu diqqətə çatdırıb:

“Şəxsən mən Azərbaycan dilinə dublyaj edilən filmlərə baxa bilmirəm, burada nöqsanlar kifayət qədərdir”.