BolgeXeber.Com » Xəbərlər » Arif Əsgərovun qohumu ilə bağlı ilginc iddialar - xilas planı baş tutmadı...

Arif Əsgərovun qohumu ilə bağlı ilginc iddialar - xilas planı baş tutmadı...

6-12-2018, 09:38
Oxunub: 2 672  Arif Əsgərovun qohumu ilə bağlı ilginc iddialar - xilas planı baş tutmadı...“Azərbaycan Dəmir Yolları”nın keçmiş rəhbəri və Ziya Məmmədov dönəmində nəqliyyat nazirinin keçmiş müavini olmuş Arif Əsgərovun milyonlarla dollarlıq dələduzluq əməlinə görə istintaqa cəlb edilmiş baldızı oğlunun bir neçə gün öncə həbs edilməsi barədə oxuculara məlumat vermişdik.

Bildirilirdi ki, bir müddət yoxa çıxan Rahib Hüseynovun barəsində məhkəmədə həbs qətimkan tədbiri seçilib. Belə ki, məhkəməyə könüllü gələn R.Hüseynov barəsindəki ev dustaqlığı qətimkan tədbiri dəyşdirilib və o, həbs edilərək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına etap olunub. Qeyd edək ki, R.Hüseynov bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda (4 milyon 300 min manat məbləğində) pul almaqda ittiham edilir. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Bu iş üzrə onun qardaşı artıq 9 il həbs cəzası alıb.

İşin ən maraqlı tərəflərindən biri Rahib Hüseynovun bir müddət öncə istintaqdan yayınması və daha doğrusu, yayındırılmasıdır. Mötəbər mənbələrdən Moderator.az-a daxil olan məlumata görə, Rahib Hüseynov həbs olunmamaq üçün kimsənin ağlına gəlməyən bir çıxış yolu seçibmiş. O vəkili Hacıyeva Sevil Balasoltan qızı ilə 2017-ci ilin aprel ayının 13 - də nikaha daxil olubmuş və barəsində axtarış verilən təqsirləndirilən şəxs bu müddət ərzində həyat yoldaşı Sevil xanımın himayəsinə sığınıbmış. Diqqətçəkən bir məqam da Sevil xanımın istifadəsində olan bahalı (050-211-22- ..) mobil nömrənin də Rahib Hüseynovun adına qeydiyyatda olmasıdır.

Moderator.az bu işlə bağlı daha ilginc məlumatlar əldə edib və onu dəqiqləşdirdikdən sonra oxuculara təqdim edəcəyik. Vəkilin öz müvəkkilini həbsdən qurtarmaq üçün daha hansı fədakarlıqlar etdiyi barədə tezliklə xəbər tutacaqsınız.