Hüseynqulu Bağırov vəzifəsindən getmə səbəbini açıqladı
6-12-2018, 11:43
Oxunub: 3 327
Sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov vəzifədən azad olunması ilə bağlı danışıb.
O, modern.az saytına müsahibəsində bildirib ki, nazir postuna Heydər Əliyevin sərəncamı ilə təyin edilib və 18 il bu vəzifədə olub: "Bu təyinat mənim üçün gözlənilməz idi. Təbii ki, bu məqamda nizam-intizam da göstərmək lazımdır. Qaldı ki, nazir olmağın müsbət tərəflərinə, öz payıma danışacam. Çünki hər kəs öz həyatını yaşayır. Ola bilsin ki, nazir vəzifəsi kimlər üçünsə cazibədardır. Buna əlçatmaz arzu kimi yanaşanlar da çoxdur, haqqında mənfi obraz yaradanlar da az deyil. Onu deyə bilərəm ki, stresslə dolu həyatdır. Səhhətimdə problemlər yarandı. Ölkə rəhbərinə müraciət etdim, Cənab Prezident də məsələyə həssas yanaşdı. Buna görə ona dünya qədər minnətdaram.
Cənab Prezidentin köməkçisi məni yeni nazirin təqdimatına dəvət etdi, nazirliyin ünvanına ölkə rəhbərliyinin adından xoş sözlər dedi. Mənə də söz verdi, ölkə rəhbərliyinə öz təşəkkürümü bildirdim, yeni nazirə uğurlar arzu etdim və sivil bir şəkildə kollektivlə vidalaşıb, getdim. Bu gün də səhhətimlə məşğulam”.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər