BolgeXeber.Com » Xəbərlər » Mübariz Şahbazovun korrupsiyalaşmış “MERO”ları

Mübariz Şahbazovun korrupsiyalaşmış “MERO”ları

6-12-2018, 16:15
Oxunub: 6 916 Mübariz Şahbazovun korrupsiyalaşmış “MERO”larıBu gün istənilən sürücülük kateqoriyasını almaq istəyən şəxs “MERO”ya, yəni sürücülük vəsiqəsi vermək hüququna malik olan şöbəyə müraciət edib vəsiqə ala bilər.

Bu yaxınlarda bizimdovr.az saytında “DYP sistemində Mübariz Şahbazov sindromu” başlıqlı məqaləmiz getmişdi. Məqalədə Qeydiyyat-İmtahan İdarəsinin rəisi polkovnik Mübariz Şahbazovun qanunsuz əməllərindən bəhs olunurdu. Xatırladaq ki, M.Şahbazov həm də Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavinidir. Hər iki vəzifəni daşıyan Mübariz Şahbazov, uzun illərdir daxili işlər orqanlarında çalışır və DYP-dəki “cənub qruplaşması”na rəhbərlik edir. Baş Dövlət Yol Polisi İdarəsində uzun müddətdən bəri qruplaşmaların olduğu və illər ərzində bu qruplar arasında soyuq savaşın getdiyi barədə mətbuatda dəfələrlə təkzibolunmaz xəbərlər dərc olunub. Hər zaman generala yaxınlığı ilə tanınan iki cənublu, DYP İdarəsinin rəis müavini Mübariz Şahbazov və Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinin rəis müavini Müşfiq Rəhimov birlikdə hərəkət edərək R.Zeynalovdan sonra öz adamlarının DYP rəhbəri təyin olunmasıdır. DYP daxilində ayrıca komanda formalaşdırmış və uzun müddətdir ki, birincilikdə gözü olan M.Şahbazov rəhbərliyi tam ilə keçirmək üçün dəfələrlə general rütbəsi almağa cəhd etsə də, onun fəaliyyətindəki qanunsuzluq və korrupsiyanın çəkisi polkovnikin istəyinin çəkisindən çox olduğundan bu niyyəti gerçəkləşməyib. Generala qarşı olan qruplaşmanın hər iki lideri, ölkə ictimaiyyətində mənfi imic qazanmış şəxslər sırasındadır. Ona görə ki, bu gün yollarda baş verən qəzaların və bu qəzalar nəticəsində baş verən ölümlərin müəyyən bir məsuliyyəti də bu şəxslərin üzərinə düşür. Yollarda baş verən qəzalarla bağlı araşdırmalara baxdıqda onun baş vermə səbəbləri sadalanarkən naşı sürücülər haqqında daim danışılır. Naşı sürücüyə sürücülük vəsiqəsini kim verir? Əlbəttə ki, “MERO”, Yəni BDYP-nin İmtahan-Qeydiyyat İdarəsi. “MERO”-ya “kuratorluğu” isə adını çəkdiyimiz polis polkovniki Mübariz Şahbazov edir. Bu gün istənilən sürücülük kateqoriyasını almaq istəyən şəxs “MERO”ya, yəni sürücülük vəsiqəsi vermək hüququna malik olan şöbəyə müraciət edib vəsiqə ala bilər. Həmin sahənin də kuratoru Mübariz Şahbazovdur . Ona görə ki, “yezda” zamanı avtomobili yerindən tərpətməyi bacarmayana “əla” qiymət yazana, sadə yol nişanlarından başı çıxmayana “sən keçdin” - deyənlər yol qəzalarına məsul şəxslərdir. Yeri gəlmişkən: “Bizə yalnız qəpik-quruş qalır” - deyən “MERO” yetkilisinin yəqin ki, daşı kimin bostanına atdığını da çoxunuz yaxşı bilirsiniz. Çünki sürücülük vəsiqəsi üçün alınan 1000 manatdan təxminən 40 manatı dövlət rüsumu, 900 manatı Mübariz Şahbazovun, 60 manatı da vasitəçilik edən əməkdaşa çatır. Onu da bildirək ki, apardığımız araşdırmalarda onu da öyrəndik ki, DYP sistemində ən varlı şəxslər məhz “cənub qruplaşması”nın üzvləridir. Buna misal olaraq Müşfiq Rəhimovu deyə bilərik. İllərdir nömrə “biznesi” ilə məşğul olan bu şəxs demək olar ki, böyük bir oliqarxdır. Otel, restoran, ərzaq və sair bizneslərlə məşğul olan şəxsin əsas şəriklərindən birinin Mübariz Şahbazov olduğu iddia edilir. Onun bu sahədən və regional “MERO”-lardan hər ay milyonlarla manat gəliri gəlir. “MERO”larda rüşvət və korrupsiya halları barədə mütəmadi olaraq məlumatlar, bəzən isə həvəskar çəkilişlə qeydə alınmış video görüntülər yayılmaqdadır.
Bu yaxınlarda Ağcabədi Rayonlararası İmtahan və Qeydiyyat İdarəsinin rəis müavini Yusif Qasımov adlı polis mayorunun xidməti otağında texniki baxışdan keçmək üçün müraciət edən vətəndaşdan 40 manat rüşvət alması görüntülənmişdi. Avtomobilə baxmadan Yusif müəllimin özəl kassasına ödənilən həmin məbləğ dolayısı yolla bu sahəyə rəhbərlik edən Mübariz Şahbazova çatır. Bu videonu sizə təqdim edirik və oxşar faktlar barədə növbəti yazımızda açıqlamalar verəcəyik.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.