BolgeXeber.Com » İqtisadiyyat » “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası artıq bölgələrə doğru istiqamətlənib

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası artıq bölgələrə doğru istiqamətlənib

7-12-2018, 17:24
Oxunub: 2 760 “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası artıq bölgələrə doğru istiqamətlənibƏmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların xidmətlərdən rahatlıqla faydalanması üçün hər həftə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasını keçirir

Artıq ölkə regionları üzrə istiqamət alan aksiya ilə bölgələrdə yaşayan əhali də əlavə ünvanlara getmədən daşınmaz əmlakın qeydiyyatı xidmətlərindən istifadə edəcək. Sosial kampaniyanın səyyar xidmət avtobusunun regionlar üzrə ilk dayanacağı Xızı rayonudur.Komitənin bütün növ daşınmaz əmlaklarla bağlı təqdim etdiyiqeydiyyat xidmətləri 10-14 dekabr tarixlərində09:00-dan 17:00-a qədər Xızı rayonu, Giləzi qəsəbəsi, Araz Rüstəmov küçəsi, 1 ünvanında (Bələdiyyə binasının qarşısında)göstəriləcək.
Qeyd edək ki, rayonun bütün kənd və qəsəbələrindən olan sakinlər mobil ofislərə fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı müraciət edə bilər. Aksiya zamanı qeydiyyat xidmətlərinin göstərilməsi ilə yanaşı, tələb olunan sənədlər, xidmət haqqı və rüsumun miqdarı ilə bağlı vətəndaşların suallarıcavablandırılacaq. Müasir standartlara cavab verənavtobuslarda keyfiyyətli xidmətin təşkili daha çox sakinin qeydiyyat xidmətindən istifadəsini reallaşdırır, vətəndaş məmnunluğunu təmin edir.

Bolgexeber.com