loading...
XƏBƏR LENTİ
Manatın MƏZƏNNƏSİ
13 dekabr 09:55
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Mars küləyinin səsi yayıldı - VİDEO

Mars küləyinin səsi yayıldı - VİDEONASA-nın “Mars İnsight” avtomatik stansiyası Mars küləyinin səsini qeydə alıb.

Oxu.Az-ın məlumatına görə, Yerə ötürülən həmin səsin orijinalı NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının YouTube səhifəsinə yerləşdirilib.

Tədqiqat stansiyasında quraşdırılmış seysmoqraf günəş panellərində küləyin təsiri ilə titrəyişlərin baş verməsini fiksasiya edib. Səslər praktiki olaraq eşidilməsə də, mütəxəssislər tezliyi iki oktava artıraraq, Mars küləyinin səsini əldə ediblər.

Külək eyni zamanda hava təzyiqi sensoru ilə qeydə alınıb. Nasa alimləri eyni zamanda Qırmızı planetin seysmoloji vəziyyətini dərindən tədqiq etmək fikrindədir. Tezliklə Marsın səthinə seysmoqrafın quraşdırılacağı və tektonik aktivliklə bağlı ən dolğun məlumatların əldə olunacağı gözlənilir.

Qeyd edək ki, InSight missiyası noyabrın 26-da Marsın Elizium vadisinə eniş edib. Stansiyanın bir Mars ili yəni 728 Yer ilinə qədər istismar olunacağı bildirilir. Yeni məlumatlar Günəş sisteminə daxil olan planetlərin formalaşması ilə bağlı geniş bilgilər əldə etməyə imkan verəcək.


Bölmə: Dünya | 08 dekabr 2018 11:00 | Baxış sayı: 89





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: