loading...
XƏBƏR LENTİ
Manatın MƏZƏNNƏSİ
13 dekabr 09:55
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Keçmiş deputatın biznesini idarə edən oğluna cinayət işi açıldı (SƏBƏB)

Keçmiş deputatın biznesini idarə edən oğluna cinayət işi açıldı (SƏBƏB)Keçmiş deputat, "Şəki” restoranının sahibi Fərhad Qəribovun oğluna cinayət işi açılıb.

Bolgexeber.com "qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, ata Qəribovun biznesini idarə edən 4 oğlundan biri, Rəşad Qəribov Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsi ilə ittiham olunub. Onun barəsindəki cinayət işi Vergilər Nazirliyinin araşdırması əsasında başlanılıb.

Bir neçə ay əvvəl istintaq yekunlaşaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib. Burada məhkəmə istintaqı zamanı R.Qəribov barəsindəki cinayət təqibinə xitam verilib.

Bu iş üzrə mülki iddiaçı kimi tanınmış Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti qərardan narazı qalıb və apellyasiya şikayəti verib. Nazirlik R.Qəribovun dövlət büdcəsinə ödəməkdən yayındırdığı iddia etdiyi pulun ödənilməsini tələb edib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov isə nazirliyin şikayətini təmin etməyib və qərarı qüvvədə saxlayıb.

Vergilər Nazirliyi bu dəfə daha yuxarı instansiyaya müraciət edib. Ali Məhkəmə dekabrın 5-də işə baxıb. Cinayət Kollegiyasının hakimi Tahir Kazımov da nazirliyə "yox” deyərək kassasiya şikayətini təmin etməyib.
Bölmə: Gündəm | 08 dekabr 2018 13:10 | Baxış sayı: 88





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: