Deputatdan etiraz: Böyük vəsaitlərə salınan yollar tez bir zamanda sıradan çıxır
8-12-2018, 18:25
Oxunub: 2 821
Yolların salınmasına kifayət qədər böyük vəsait xərclənib və xərclənməkdədir
Ancaq təəssüf ki, biz bu yolların tez bir zamanda sıradan çıxdığının şahidi oluruq. Burada əlbəttə, kimlərinsə işinə, yəni yol salınmasına məsuliyyətsiz yanaşması səbəb ola bilər.
Oxu.Az xəbər verir ki, bunu millət vəkili Əflatun Amaşov deyib.
Bu yöndə fikirlərini parlamentdəki çıxışında da dilə gətirdiyini deyən millət vəkilinin sözlərinə görə, məsuliyyətsizliyin digər tərəfi də var.
“Yəqin ki, yollarda iri tonnajlı maşınların hərəkət etdiyinin şahidi olmusunuz. Bakı-Qazax avtomobil yoluna diqqət yetirin.
Yolun elə hissələləri var ki, sağ zolaq bərbad haldadır. Hamısı həmin iri tonnajlı yük avtomobillərinə görədir.
Onlara nəzərdə tutulduğundan artıq yük vurulur.
Bu da böyük vəsaitlər xərcləyərək saldığımız yolların tez bir zamanda sıradan çıxmasına səbəb olur.
Eyni vəziyyət Saatlıdan İmişliyə gedən Musalı-Məzrəli yolu üçün də xarakterikdir.
Qısa müddətdir istifadəyə verilməsinə baxmayaraq orada ciddi problemlər yaranıb…” - deyə, millət vəkili bu kimi halların aradan qaldırılmasının vacibliyini bildirib.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər