BolgeXeber.Com » Dünya » Ukrayna torpaqları Putinin dövründə geri qayıtmayacaq

Ukrayna torpaqları Putinin dövründə geri qayıtmayacaq

10-12-2018, 09:23
Oxunub: 3 707 Ukrayna torpaqları Putinin dövründə geri qayıtmayacaqRusiya prezidenti Vladimir Putin vəzifəsindən getdikdən sonra Donbas və işğal edilən torpaqlar Ukraynaya qayıdacaq.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu fikirləri "Xalqın həqiqətləri" nəşrinə rusiyalı politoloq Liliya Şevçova deyib.

Onun sözlərinə görə, 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərindən sonra Kremlin sahibi dəyişə bilər: "Ancaq Putinin vəzifəsindən gedəcəyini heç kəs bilmir".

Politoloqun fikrincə, Putin Minsk anlaşmasının maddələrini yerinə yetirməyəcək: "Bu addımı ondan istər rəsmi Kiyev, istərsə də Qərb gözləyir. Həmin anlaşmaya görə, atəş dayandırılmalı, yaraqlılar silahlarını yerə qoymalı və Ukrayna ərazisindən çıxmalıdırlar".

"Putin sadəcə torpaqları ona görə qaytarmır ki, qazandığı adını itirmək istəmir. Deməli, Ukrayna torpaqları Rusiyanın hazırkı rəhbərliyi dövründə geri qayıtmayacaq. Ancaq həyatda qeyri-mümkün heç nə yoxdur". Politoloq belə deyib.