BolgeXeber.Com » Gündəm » “Bütün pullar Arif Əsgərovun oğlundadır” – mənimsəmə işinin yeni təfərrüatları

“Bütün pullar Arif Əsgərovun oğlundadır” – mənimsəmə işinin yeni təfərrüatları

10-12-2018, 09:25
Oxunub: 2 447  “Bütün pullar Arif Əsgərovun oğlundadır” – mənimsəmə işinin yeni təfərrüatlarıMəmurun sahibkarlıqla, bizneslə məşğul olması qadağandır

Bu adamlar özləri kənara dayanıb arvad-uşaqlarını qabağa verirlər

Mənim oğlumda Elnar Əsgərova məxsus 20-30 milyon pulun qara mühasibatlıq hesabatı var. Vəzifəli şəxslər 5-6 il yüz minlərlə faiz alıblar. Mənim oğlum bu işdə sırf işçi olub. Əsas günahkar Elnar Əsgərov azadlıqda gəzir. Qeydlər var, Elnar Əsgərova pul verənlər 5 il faiz alıb. Hamısı da imkanlı adamlardır. Gəlib istintaqla anlaşdılar və getdilər. İndi Arif Əsgərov vəzifədən çıxandan sonra həmin pulların kökünü vermir. Deyir yaxşı edirəm, nədən qorxacam, vəzifəm yox, pulum yox. Heç kim də o qapıya gedib pul istəyə bilmir.

Qapıda çoxlu mühafizəçi polis var. Mən yoldaşımla gedib dedim ki, borcluların pulunu verin. Bizim uşaqlar da azad olsun. Elnar Əsgərov bizi Binəqədi polisinə verdi ki, xalam bizi narahat edir, öldürməyə gəlir. Elnar Əsgərov bizə deyir ki, ay bədbəxtlər, siz nə edə bilərsiniz? Hər şey pulla ölçülür. Dərman almağa pul tapmırsınız. Biz də deyirik ki, bəli Elnar, pulumuz yoxdur, amma dövlətimiz var".

Qeyd edək ki, Rahib Hüseynov Arif Əsgərov Dəmiryol İdarəsinin rəisi olduğu dövrdə orada marketinq və satış idarəsinin müdiri işləyib. İndi isə müxtəlif adamlardan biznes qurmaq adıyla milyonlarla pul alıb aldatmaqda suçlanır. İttihama görə, R.Hüseynov pulunu aldığı zərərçəkmişlərə “Azərbaycan Dəmir Yolları” QSC üçün xaricdən yataq dəstləri gətiriləcəyini, qazancın 20 faizinin onlara veriləcəyini vəd edib. Məhkəmədə Rahib Hüseynov zərərçəkmişlərdən alınan pulları xalası oğlu Elnara verdiyini deyir, sübut kimi əlindəki qeydiyyat kitablarını, səs yazılarını təqdim edir.

Bununla belə Elnar Əsgərov məhkəmədə şahid, o isə təqsirləndirilən şəxsdir. Artıq dövlət ittihamçısı Rahib Hüseynovun 10 il azadlıqdan məhrum edilməsi ilə bağlı çıxış da edib. Rahib Hüseynovun atası İsmayıl Hüseynov deyir ki, övladları böyük haqsızlığın qurbanıdır, dövlətdən kömək istəyir.
“Yeni Müsavat”