BolgeXeber.Com » Siyasət » “Huawei” qalmaqalına görə ABŞ səfiri Çin XİN-ə çağırıldı

“Huawei” qalmaqalına görə ABŞ səfiri Çin XİN-ə çağırıldı

10-12-2018, 10:46
Oxunub: 2 836 “Huawei” qalmaqalına görə ABŞ səfiri Çin XİN-ə çağırıldıABŞ-ın Çindəki səfiri Terri Brendsted ölkənin xarici siyasət idarəsinə çağırılıb.

Oxu.Az xəbər verir ki, Çin xarici işlər nazirinin müavini Le Yuyçen amerikalı diplomata “Huawei” şirkətinin maliyyə direktoru Men Vançjounun saxlanılması ilə əlaqədar qəti etirazını bildirib.
Çin ABŞ-dan M. Vançjounun həbsinə dair sanksiyanın dərhal ləğv edilməsini tələb edib.

Qeyd edək ki, “Huawei” şirkətinin qurucusu Jen Çjenfeyin qızı olan M. Vançjou dekabrın 1-də Vankuverdə saxlanılıb. ABŞ İrana qarşı sanksiyalarla əlaqədar onun ekstradisiyasını istəyir. Çinin Kanadadakı səfirliyi bu addımı insan haqlarının kobud pozulması adlandırıb. Eyni zamanda Pekin ABŞ və Kanadaya nota verib.