BolgeXeber.Com » Ölkə » DİN: Şənbə və bazar günlərində 184 cinayət faktı qeydə alınıb

DİN: Şənbə və bazar günlərində 184 cinayət faktı qeydə alınıb

10-12-2018, 12:28
Oxunub: 2 746 DİN: Şənbə və bazar günlərində 184 cinayət faktı qeydə alınıbRespublikanın daxili işlər orqanları tərəfindən şənbə və bazar günlərində 184 cinayət faktı qeydə alınıb

Onların 22-si “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 12 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.