Ana doğma qızını 69 il sonra tapdı
10-12-2018, 13:47
Oxunub: 2 908
Konni Maultrup (Connie Moultroup) 1949-cu ildə anadan olub və övladlığa götürülənə qədər uşaq evində böyüyüb
Beş yaşı olarkən ögey anası xərçəng xəstəliyindən dünyasını dəyişib. Ögey atasının yeni həyat yoldaşı isə Konni ilə pis davranırmış. Maultrup bütün həyatı boyu doğma valideynlərini tapmağı arzulayıb, lakin bunu edə bilməyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə CNN məlumat yayıb.
Bir il əvvəl qızı ona Ancestry.com saytına abunəlik hədiyyə edib. Bu sayt DNT testi vasitəsilə qohumları tapmağa kömək edir. Bu xidmət vasitəsilə qadın uzaq qohumlarından birini taparaq onunla ünsiyyət qurub və anası haqda soruşub.
“Mən dedim ki, anamın adı Ceneviv Pyurinton idi (Genevieve Purinton)”, - deyə Maultrup bildirib. Qohumu isə ona: “Bu ki mənim xalamdır. Və o, hələ də yaşayır”, - cavabını verib.
88 yaşlı Ceneviv Pyurinton tək yaşayırmış. Məlum olub ki, Konninin doğulduğu İndiana xəstəxanasının əməkdaşları ona uşağın doğuş zamanı öldüyünü deyiblər.
“O, ailəli olmadığı üçün, ona mənim öldüyümü deyiblər. O yaşayırmış və mənim barəmdə heç xəbəri yox imiş”, - deyə Maultrup davam edib.
ABŞ-da 1973-cü ildə Ali Məhkəmə abortları qanuniləşdirənə qədər nikahsız doğulan uşaqların analarından zorla ayrılması geniş yayılmış praktika idi.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər